Məlumatların toplanması metodları
Face-to-face (üzbəüz şəxsi müsahibə)
Bu müsahibə götürən şəxsin ciddi şəkildə strukturlaşdırılmış anket üzrə respondentlə bilavasitə ünsiyyətdə olduğu kəmiyyət xarakterli məlumatların toplanması üçün əsas üsullardan biridir.
Şəxsi müsahibələr respondentlərin iş və ya yaşayış yeri üzrə, küçədə və ya müəyyən satış nöqtələrində aparıla bilər.
Həll etdiyi biznes məsələləri:
- ticarət markasının məşhurluq, tanınma səviyyəsinin müəyyən edilməsi
- reklam kampaniyasının effektivliyinin təhlili
- məhsul və ya xidmətin optimal qiymətinin müəyyən edilməsi
- tədqiqat, istehlakçılar necə alır
- istehlakçıların alıcı davranışı xüsusiyyətləri üzrə seqmentasiyası
- bazar tutumunun qiymətləndirilməsi
- istehlakçıların media üstünlüklərinin təhlili
- potensial istehlakçıların konkret məhsul və ya xidmətə münasibətinin müəyyən edilməsi
4Serviceşirkəti PAPI vasitəsilə şəxsi müsahibələr apara bilər. Bu müsahibə götürən şəxsin respondentə sualları şəxsən verdiyi və aldığı cavabları kağız anketdə qeyd etdiyi sorğu texnikasıdır. Həmçinin, CAPI təcrübədə tətbiq olunur. Bu müsahibə götürən şəxsin respondentə sualları şəxsən verdiyi və aldığı cavabları noutbuk, smartfon və ya planşetdə elektron anketə yazdığı sorğu texnikasıdır.
CAWI
CAWI (Computer Assisted Web Interviewing) – İnternet şəbəkəsi vasitəsilə anketləmə texnikasıdır. Respondent elektron anketi müsahibə götürən şəxsi köməyi olmadan doldurur. Anket elektron poçtla göndərilə və ya saytda yerləşdirilə bilər.
CAWImüsahibisinin üstünlükləri:
- Bir çox hallarda bu metod maddi və xərclər və zaman baxımından daha qənaətcildir
- Video- və audiomaterialların, həmçinin təsvirlərin nümayiş etdirilməsi üçün geniş imkanlar təqdim edir
- İnternet auditoriyanın davranış xüsusiyyətlərini tədqiq etməyə imkan verir
Əsas nəticələrə giriş müştəriyə veb-interfeys vasitəsilə real vaxt rejimində təqdim oluna bilər.
- Digər üsullar istifadə olunan zaman çətin əl çatılan auditoriya arasında sorğu keçirmək imkanı verir
- Respondentlərin müsahibə götürən şəxslə ünsiyyət zamanı cavab verməkdən imtina etdiyi istənilən məxfi, şəxsi mövzu və ya sualların tədqiqi üçün uyğundur
- Tədqiqatın aparıldığı ərzi ilə bağlı demək olar ki məhdudiyyət qoymur