Dərin müsahibə – strukturlaşdırılmamış dərin müsahibə. Bu müsahibə nəticəsində tədqiqatçını maraqlandırılan suallarla bağlı geniş cavablar alınmalı və mülahizələr eşidilməlidir. Müddəti – 30 dəqiqədən 3 saatadək.

Dərin müsahibələr dəqiq struktura malik deyil. Tez-tez “çoxpilləli təhlil” istifadə olunur. Müsahibə götürən şəxs ilk növbədə ümumi suallar verir, daha sonra isə daha məqsədyönlü suallara keçir.

 

Dərin müsahibənin vəzifələri:

  • maraqlandıran məsələlər üzrə insaytları müəyyən etmək;
  • çətin əl çatılan respondent kateqoriyalarının fikirlərini almaq;
  • mövcud məhsul və xidmətlər üzrə əks əlaqə almaq;
  • yeni məhsul və xidmətlərinizin müsbət və mənfi tərəflərini müəyyən etməyə kömək etmək;
  • məhsul və ya xidmətin bazarın tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • auditoriyanın davranışının səbəblərini anlamaq;
  • hədəf auditoriyanın standartdankənar fikirləri, münasibət və mövqelərini toplamaq;
  • mübahisəli məsələlərin həllini tapmaq (personalla dərin müsahibələr);
  • hədəf auditoriyanın tələbatları və istəklərini müəyyən etməyə kömək etmək;
  • müştərilərin şirkət barədə düşüncələrini öyrənmək;
  • şirkətin və ya ayrı-ayrı məhsul və ya xidmətlərin inkişafı üçün yeni imkanlar görmək;
  • gələcək tədqiqatlar üçün hipoteza və istiqamətləri müəyyən etmək.

 

Alətin əsas üstünlüyü HA-nın çətin əl çatılan olduğu hallarda belə istehlakçılardan əks əlaqə almağa imkan yaradır. Gizli davranış motivlərini, bəzən isə hətta istehlakçıların da təxmin etmədiyi motivləri aşkar etmək mümkündür.

Dərin müsahibə layihəsinin həyata keçirilməsi müddəti – 30 iş günü:

10 gün – layihənin hazırlanması;

10 gün – tədqiqatın aparılması;

10 günanalitik hesabatın hazırlanması.

 

Dərin müsahibə aşağıdakı şərtlərdə fokus-qrupdan daha effektivdir:

1. Respondentlər bir-birindən coğrafi baxımdan uzaqda olduğu və ya onların sayı az olduğu təqdirdə;

2. Müzakirə olunan mövzu daha çətindir və onu yalnız spesifik, unikal peşəkar bilik və bacarıqlara malik insanlar açıqlaya bilər;

3. Sorğu spesifik hədəf auditoriya arasında keçirilməli olduğu halda;

4. Sorğu spesifik xüsusiyyətlərə malik olan, yəni müəyyən sahələrdə məşğuliyyəti olan, yüksək vəzifələr tutan, gəlir səviyyəsi yüksək olan, standartdankənar həyat tərzi sürən, premium sinif məhsul və xidmətlərdən istifadən edən respondentlər arasında keçirilməli olduğu halda;

5. Respondentin fikri qrupun fikrini üstələdiyi hallarda (məsələn, fokus-qrupda);

6. Alıcının mürəkkəb davranışının daha dərindən anlaşılması üçün (alış motivləri, alıcının qavrayışı, gözləntiləri, alış-verişdən məmnunluq səviyyəsi)

7. İstənilən məxfi, incə, şəxsi mövzu və ya sualların tədqiqi üçün

 

Niyə məhz 4Service:

  • bütün ölkə ərazisində işləyirik;
  • ekspertlərimiz müxtəlif çətinlikdə dərin müsahibələrin keçirilməsi sahəsində təcrübəyə malikdir;
  • respondent üçün rahat üsulla dəyərli insaytları aşkar etməyə imkan verən kouçinq yanaşması;
  • komandamızın prosesinə dərindən daxil olma və hər ayrı hadisə üzrə müsahibə üçün anketin tərtib olunması;
  • xidmət şöbəsi tərəfindən fərdi konsultasiya dəstəyi;
  • hər müsahibənin 100% yoxlanmasında əks olunan keyfiyyət. Bu məlumatların mötəbərliyinə təminatınızdır;
  • məlumatların operativ emalı və tədqiqat üzrə hesabatların təqdim olunması.

 

Maksimal effektivliyə nail olmaq üçün dərin müsahibələr:

  • əsasən tədqiqatın kəmiyyət mərhələsindən sonra keçirilir;
  • bəzən kəmiyyət tədqiqatlarının nəticələrinin daha dərindən izah edilməsi məqsədilə istifadə olunur.

32%-i

Ukraynalıların ildə bir dəfə zərgərlik məmulatları alır

Sorğu

37%-ni

Respondentlərin Viber/WhatsUP göndərişləri qıcıqlandırır

Tədqiqat

-4.3

sığorta şirkətləri sahəsi üzrə

NPS

30%-i

Avropa sakinlərinin xidmət sürətindən razıdır

CAWI

29%-nin

Geyim mağazalarında standartdankənar konsultasiya respondentlərin gözləntilərini üstələyib

Sorğu

92,4%-i

İstehlakçıların danışıqlarınınё insanlar barədə müştəri təcrübəsinə aiddir

Web Social Media

+30%

Bayramdan öncəki günlərdə xidmətin keyfiyyəti artır

Mystery Shopping

63%-i

Müştərilərin şirkətlərin sosial şəbəkə vasitəsilə dəstək təklif edəcəyini gözləyir

CAWI

Наши клиенты

Блог

×

Special Offer for You