Kabinet tədqiqatları Kabinet tədqiqatları

DESK RESEARCH

Kabinet tədqiqatı (desk research) — bazar haqqında əlçatan mənbələrdən əldə olunan təkrar məlumatın toplanması, tədqiq olunması, sistemləşdirilməsi və təhlili. Beləliklə, əlçatan məlumat mənbələrində (dövri mətbuatda, iqtisadi nəşrlərdə, statistik məlumat kitabçalarında, şirkətdaxili hesabatlarda və s.) olan məlumatlar toplanır, müəyyən qaydada emal olunur və obyektiv bazar vəziyyətini əks etdirən hesabatda bir araya gətirilir.

Kabinet tədqiqatı terminitədqiqatın formatı və mahiyyətindən əmələ gəlib, “masadan qalxmadan”, yəni “sahə tədqiqatları” aparmadan – artıq mövcud olan məlumatların tədqiqi, təhlili və sistemləşdirilməsi üzrə iş aparmaq.

Kabinet tədqiqatları əldə olunmalı olan məlumatın hamı üçün əlçatan olduğu hallarda aparılır.

Kabinet tədqiqatların aparıldığı hallar:

  • gələcəkdə aparılacaq tədqiqatın vəzifələrinin formalaşdırılması məqsədilə məlumatların ilkin təhlili zamanı;
  • tamdəyərli tədqiqat üçün vəsaitlər çatışmadığı halda;
  • məlumatların yüksək dəqiqliyinə ehtiyac olmadığı hallarda (ekspress-qiymətləndirmə);
  • bir çox amilin tədqiqat obyektinə təsirinin qiymətləndirilməsi zəruri olduğu halda;
  • zaman ərzində obyektdəki dəyişikliklərin müşahidə olunması zəruri olduğu halda.

HƏLL ETDİYİ MƏSƏLƏLƏR

  • bazar tədqiqatı: konyunktura,  tutum (tələbat), risk və imkanlar;
    • bazarın inkişaf tendensiyaları və perspektivlərini qeyd etmək;
  • rəqiblərin təhlili: oyunçuların sayı, boş nişalar;
    • bazarın strukturunu müəyyən etmək;
  • məhsulların əsas satış və reklam kanallarının müəyyən edilməsi;
  • bazarın qiymət siyasəti, qiymətqoyma şərtlərinin müqayisəli təhlili;
  • bazar təklifinin sistemləşdirilməsi və əmtəə siyasətinin qiymətləndirilməsi;
  • media-fəallığın və KİV-də dərclərin nəzərdən keçirilməsi;
  • mili, xarici bazarın tendensiyaları və texnoloji inkişafının tədqiqi.

Kabinet tədqiqatları məhsulu yeni bazara çıxarmazdan əvvəl, əmtəə çeşidlərinin genişləndirilməsi, reklam kampaniyalarının işə salınması və tələbat qeyri-bərabər olduğu hallarda aparılmalıdır.

NİYƏ MƏHZ 4Service

1) Kabinet tədqiqatlarının aparılması sahəsində 17 illik ekspertiza, bu məlumatları daha dərindən təhlil etməyə, dinamikanı izləməyə və kompleks həlləri formalaşdırmağa imkan verir.

2) Bir sahə kəsimində işləyən dar ixtisaslı analitiklər komandası.

3) Kabinet tədqiqatları zamanı alınan məlumatların toplanması, emalı, tədqiqi, sistemləşdirilməsi və təhlilinin müəllif metodikaları

Bazardakı ümumi vəziyyətlə bağlı kabinet tədqiqatları ildə bir dəfə aparılır. Tələbatın dəyişməsi və rəqiblərin fəaliyyətinin izlənilməsi üçün kabinet tədqiqatları hər ay aparılır.

 

MÜŞAYİƏTEDİCİ MƏHSULLAR

Rəqiblərin təhlili / Rəqib kəşfiyyatı – proseslərin ölçülməsi 

Kəmiyyət tədqiqatları – kabinet tədqiqatlarının ikinci mərhələsi

 

Keyfiyyət tədqiqatları

Keyfiyyət tədqiqatları – istehlakçının psixologiyası, dəyərləri, dərin davranış motivləri, brendin emosional qavrayışı barədə daha tam məlumat əldə etmək üçün istifadə olunur.  İnsanların etdikləri və dediklərini müşahidə edərək məlumatların toplanması, təhlili və şərh edilməsindən...

32%-i

Ukraynalıların ildə bir dəfə zərgərlik məmulatları alır

Sorğu

37%-ni

Respondentlərin Viber/WhatsUP göndərişləri qıcıqlandırır

Tədqiqat

-4.3

sığorta şirkətləri sahəsi üzrə

NPS

30%-i

Avropa sakinlərinin xidmət sürətindən razıdır

CAWI

29%-nin

Geyim mağazalarında standartdankənar konsultasiya respondentlərin gözləntilərini üstələyib

Sorğu

92,4%-i

İstehlakçıların danışıqlarınınё insanlar barədə müştəri təcrübəsinə aiddir

Web Social Media

+30%

Bayramdan öncəki günlərdə xidmətin keyfiyyəti artır

Mystery Shopping

63%-i

Müştərilərin şirkətlərin sosial şəbəkə vasitəsilə dəstək təklif edəcəyini gözləyir

CAWI

Bloq

Blog İstehlakçı davranışının marketinq araşdırması: məsafə saxlayaraq necə keçirmək olar? Onlayn...
Onlayn iş. Onlayn həyat. Dünyada mümkün olan hər yerdə onlayn fəaliyyət. Lakin tələbatlar yenədə mövcüddur. Amma həmin tələbatların özü və...
  • 31 Jan 2021
  • 550
[cf7-form cf7key="exit-form"]