Price Sensitivity Meter (PSM) | 4Service Group Azərbaycan

Price Sensitivity Meter (PSM)

PSM (Price Sensitivity Meter və ya Van-Vestendorp metodu) – məhsulun qavranılan dəyərinə əsasən istehlakçı üçün məqbul qiymət diapazonunu müəyyən etməyə imkan verən tədqiqat metodudur.

Həm yeni məhsulun hazırlanması, həm mövcud məhsulun qiymətinin qavranılması tədqiq olunduğu zaman istifadə olunur. PSM metodu ilə qiymət modelləşdirmə metodikası aşağıdakı qaydada aparılır:

Respondentə konsepsiyanın (məhsul və ya xidmətin) təsviri təqdim olunur və daha sonra 4 sual verilir:

  • Bu məhsul üçün onu almayacağınız yüksək qiymət nə qədərdir?
  • Sizin üçün bu məhsulun keyfiyyətini şübhə altına qoyacaq aşağı qiymət nə qədərdir?
  • Bu məhsulu ala biləcəyiniz yüksək qiymət nə qədərdir?
  • Bu məhsul üçün hansı qiymət sizin üçün sərfəlidir?

 

Dörd klassik metodika sualı ilə yanaşı alış ehtimalı ilə əlaqəli iki sual verilir.

  • — Məhsulu … qiyməti ilə almaq ehtimalınız nə qədərdir (respondentin dediyi “ucuz” qiymət)?
  • — Məhsulu … qiyməti ilə almaq ehtimalınız nə qədərdir (respondentin dediyi “baha” qiymət)?

 

Həll etdiyi biznes məsələləri:

  • müəyyən qiymətlə ümumi alış ehtimalları (bütün respondentlər üzrə) hesablanır və alınan kəmiyyətlər əsasında tələb əyrisi qurulur.
  • bazar qiymətləri diapazonunu müəyyən edir və məhsulun təbliğ oluna biləcəyi təxmini qiymətləri tapır.Bir qayda olaraq,
  • istehlakçının yaxşı tanıdığı məhsullar üzrəPSM orta pərakəndə qiymət verir.

Metodikanın tətbiqi yeni məhsullar üçün və ya istehsalçının təyin etdiyi qiymətin yolverilən intervaldan kənara çıxdığını güman etməyə əsas olduqda və bu fərziyyə yoxlanmalı olduqda optimal hesab olunur.

 

Niyə 4Service ilə:

  • Marketinq tədqiqatları sahəsində 17 illik təcrübə.
  • Digər şəbəkələrlə beynəlxalq və yerli iş təcrübəsini bir araya gətirir, operativ şəkildə həll tapır, vəziyyətə çevik reaksiya veririk.
  • Bütün ölkə ərazisində işləyirik.
  • Metodikaların adaptasiyası və müştərinin spesifikasına dərindən daxil olma konkret biznes məsələsini həll edən insayt və dəyərli nəticələr təqdim etməyə imkan verir.

 

 

32%-i

Ukraynalıların ildə bir dəfə zərgərlik məmulatları alır

Sorğu

37%-ni

Respondentlərin Viber/WhatsUP göndərişləri qıcıqlandırır

Tədqiqat

-4.3

sığorta şirkətləri sahəsi üzrə

NPS

30%-i

Avropa sakinlərinin xidmət sürətindən razıdır

CAWI

29%-nin

Geyim mağazalarında standartdankənar konsultasiya respondentlərin gözləntilərini üstələyib

Sorğu

92,4%-i

İstehlakçıların danışıqlarınınё insanlar barədə müştəri təcrübəsinə aiddir

Web Social Media

+30%

Bayramdan öncəki günlərdə xidmətin keyfiyyəti artır

Mystery Shopping

63%-i

Müştərilərin şirkətlərin sosial şəbəkə vasitəsilə dəstək təklif edəcəyini gözləyir

CAWI

Bloq

×

Special Offer for You